52 yaşlı kişi qətlə yetirildi
Bizi izləyin

Hadisə

52 yaşlı kişi qətlə yetirildi

Salyan sakini yolu keçərkən qəfildən öldürülüb.

Bu barədə Publika.az">Publika.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 24-ü saat 01 radələrində Salyan rayonu ərazisində rayon sakni, 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla rayon sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə nüfuz etməyən xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm