Maşın restoranın həyətinə aşdı: xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Maşın restoranın həyətinə aşdı: xəsarət alanlar var

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm