Polislər 16 yaşlı qızın toyunun qarşısını aldı - FOTO
Bizi izləyin

Hadisə

Polislər 16 yaşlı qızın toyunun qarşısını aldı - FOTO

Qazaxda yetkinlik yaşına çatmayan qızın erkən nikaha daxil olmasının qarşısı alınıb.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qazax rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza bildirib ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb: "Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər".

Əldə etdiyimiz məlumata görə, erkən nikaha sövq edilən şəxs məktəblidir, onun 16 yaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm