Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürdü - FOTO
Bizi izləyin

Hadisə

Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürdü - FOTO

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az">Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, Ağdaş rayon sakini, 38 yaşlı Nəbizadə Mövlud Məhəmmədnəbi oğlunun idarə etdiyi "Ford" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada - Kürdəmir rayon Sığırlı kənd sakini Qarayev Əliqisməti vurub. Zərbənin təsirindən piyada elə hadisə yerindəcə ölüb.

Ə.Qarayevin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm