Hadisə
İntihara cəhd edən direktordan ilk açıqlama: "Məni hədələyirlər" - FOTO

Dünən çox sayda dərman qəbul edərək intihara cəhd etmək istəyən Gəncə İsmət Qayıbov adına 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd etməsinin səbəbləri barədə danışıb.
O, Publika.az">Publika.az-ın yerli bürosuna bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasıdır:
"Məni özü çağırmır, amma,Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-ı məzuniyyətə çıxacağam, 7-i isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, yox, elə bu dəqiqə ərizəni yazmalısınız. Yerimə namizəd də tapıblar. Bu, məktəbdə təşkilatçı işləyən, tədris müəssisəsinin keçmiş direktoru Müsəddin Məmmədovun gəlini Nüşabə Məmmədovadır".
Məlumat üçün qeyd edək ki, M.Qarayeva 2011-ci ildən İ.Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru işləyir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ