Cəlilabadda ağır yol qəzası
Bizi izləyin

Hadisə

Cəlilabadda ağır yol qəzası

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat qəzası zamanı "Mercedes" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində rayonun Qarazəncir kənd sakinləri - 1975-ci il təvəllüdlü Həsənova Xalidə Arabxan qızı və 1971-ci il təvəllüdlü Muradov Həzi İsmayıl oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm