Hadisə
Tovuzda AĞIR QƏZA: ölənlər və yaralananlar var - YENİLƏNDİ
Tovuzda yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.
Publika.az xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər.
Daha 3 nəfər - 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
xxx
08:52
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Publika.az xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 3 nəfər müxtəlif xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
xxx
08:24
Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub.
Bu barədə Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Aşağı Quşçu kəndində "VAZ" markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü



















.jpg)















