İntihar edən həkimin çalışdığı xəstəxanadan açıqlama - Yeniləndi
Bizi izləyin

Hadisə

İntihar edən həkimin çalışdığı xəstəxanadan açıqlama - Yeniləndi

Xəbər verdiyimiz kimi Bakıda məşhur ginekoloq-həkim Xalidə Kəngərlinin özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

Teleqraf.com-un məlumatına görə, o, “Kəpəz” Hospitalda çalışırmış.

Xəstəxanadan Xalidə Kəngərlinin “Kəpəz” Hospitalda çalışdığı təsdiq edilib: "İntihardan xəbərsizik. O, işə çıxmayıb. Əlavə məlumat verə bilmərik".

***

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm