Binada yanğın: sakinlər təxliyə olundu
Bizi izləyin

Hadisə

Binada yanğın: sakinlər təxliyə olundu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm