Hadisə
Xaçmaza toya gedənlər qəzaya düşdü: ölən var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, "Mersedes" markalı minik avtomobili Quba-Xaçmaz yolunun Bəyoba kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı toya gələn Sumqayıt şəhər sakinləri 1964-cü il təvəllüdlü Əlimərdan Əliş oğlu Bağırov, 1968-ci il təvəllüdlü Rəisə Nadir qızı Cahangirova, 1990-cı il təvəllüdlü Zamin Əlimusa oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Lalə Əlimərdan qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
L.Abdullayevanın vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
(Report)

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ