Zaqatalada piyada vuruldu: durumu ağırdır...
Bizi izləyin

Hadisə

Zaqatalada piyada vuruldu: durumu ağırdır...

Zaqatalada sərxoş piyadanı maşın vurub.
Publika.az
xəbər verir ki, hadisə bu gün Zaqatala şəhər ərazisində baş verib.

Dağlı kənd sakini 1994-cü il təvəllüdlü Kazımov Ruslan Hüseyn oğlunu “VAZ-21099” markalı minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır oldugu bildirilib.

Yaralının hadisə baş verən zaman sərxoş olduğu deyilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm