Şadlıq sarayında YANĞIN: 100 nəfər təxliyə edildi - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şadlıq sarayında YANĞIN: 100 nəfər təxliyə edildi - FOTO/YENİLƏNDİ

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Bu barədə Publika.az-a FHN-ə istinadən xəbər verir.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

19:23

xxx

Gəncədə fəaliyyət göstərən şadlıq sarayında yanğın baş verib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Azəraycan Bayrağı küçəsində yerləşən "İmperial" şadlıq sarayında qeydə alınıb.

İlkin məlumata görə, yanğın kəbab bişirilən hissəsədə baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Bölməsinin briqadası cəlb edilib. Edilən müdaxilə nəticəsində yanğın söndürmək mümkün olub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm