40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıldı
Bizi izləyin

Hadisə

40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıldı

Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat veirlib.

Bildirilib ki, Zaqatala rayonu, Dardoqqaz kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla qeyd edilən kəndin ərazisindən keçən Tala çayının mühafizə zolağında ümumilikdə 40 ədəd müxtəlif cins və diametrli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 38 min 550 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm