Göygölə dolu yağdı
Bizi izləyin

Hadisə

Göygölə dolu yağdı

Bu gün gecə radələrindən başlayaraq Gəncə və Göygölə güclü yağış yağıb.

Publika.az xəbər verir ki, daha sonra Göygöldə yağış doluya çevrilib.

Rayon mərkəzində və bəzi kəndlərdə dolu bir neçə dəqiqə davam edib.

Gəncədə isə güclü yağış bəzi ərazilərdə sellərin yaranmasına səbəb olub.

Hazırda adıçəkilən rayonlarda yağıntılı hava şəraiti davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm