Zaqatalada polis əməliyyatı: saxlanılan var
Bizi izləyin

Hadisə

Zaqatalada polis əməliyyatı: saxlanılan var

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı narkotik maddə olan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Füzuli Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm