Evi talan edənlər saxlanıldı - DİN
Bizi izləyin

Hadisə

Evi talan edənlər saxlanıldı - DİN

Bakıda fərdi yaşayış evindən 50 min manatlıq oğurluq edilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 50 min manat dəyərində qapılar, pəncərələr, elektrik naqili, məhəccər və kafelləri oğurlamaqda şübhəli bilinən Bakı sakinləri V.Əliyev və T.Səfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Füzuli Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm