Azad edilən ərazilərdə 236 mina aşkarlandı
Bizi izləyin

Hadisə

Azad edilən ərazilərdə 236 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, avqustun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 204, tank əleyhinə 32 mina və 29 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 697 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm