Hadisə
Lənkəranda AĞIR QƏZA: ölənlər var - ADLAR
Lənkəran rayonunda da baş verən ağır yol qəzasında ölənlərin və yaralanan şəxsin kimliyi məlum olub.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və 2000-ci il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadə ölüb.
1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimov isə yaralanıb, onun vəziyyəti ağır olaraq qalır.
Onların hər üçü Lənkərəan rayonunun Səpnəkəran kənd sakinləridir.
xxx
18:55
Lənkəran rayonunda yol qəzası baş verib.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb.
“VAZ-2107” markalı, 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada ölənlər və yaralananın Lənkəran rayonunun Səpnəkəran kənd sakinləri olduğu, kimliklərinin dəqiqləşdirildiyi bildirilir.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO