İki nəfəri yandıraraq qətlə yetirdi, özünü isə avtomobil vurdu - FOTO - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

İki nəfəri yandıraraq qətlə yetirdi, özünü isə avtomobil vurdu - FOTO - TƏFƏRRÜAT

Paytaxtın Binəqədi rayonunda mənzillərdən birində yanğının söndürülməsində iştirak edən yanğınsöndürənlər həmin mənzildə iki meyitin olmasını müəyyən edib.

Publika.az-a bidirilib ki, bu barədə rayonun huquq mühavizə orqanlarına məlumat verildikdən sonra rayon prokurorluqu və polis idarəsi əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu hadisə yerinə gəlib.

Meyitlərdə bıçaq xəsarətləri olub

Kriminalistlərin hadisə yerində apardığı ilkin araşdırmalardan məlum olub ki, yanan mənzil Binəqəsi qəsəbə sakini 1942-ci il təvəllüdlü Larisa İmanova (adlar şərtidir) məxsusdur.Yanmış mənzildən tapılan cəsədlər isə ev sahibəsi və onun qardaşı qizi 1984-cü il təvəllüdlü Fəridə İmananovaya aid olub. Meyitlərin üzərindəki diqqəti çəkən xəsarətlərin olması isə ekspert kriminalistləri, hər iki qadının qətlə yetirilərək yandırılması versiyası üzərində işəməyə vadar edib.

Meyitləri tapılan qadınların yaxın ətrafında aparılan istintaq əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən , əvvəllər həmin evdə usta kimi çalışmış və Təranə ilə qeyri rəsmi yaşayan 1971-ci il təvəlüdlü Vilayət Atayev istintaqa cəlb olunub. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

“Fəridə mənə başqa kişiylə münasibətdə olduğunu dedi”

Fəridə ilə Vilayət arasında ilk münasibətin yaranması bir neçə il əvvəl Vilayətin Larisanın mənziində təmir işlərində çalışdığı bir vaxta təsadüf edib. O, bibisinin qulluğunda dayanan Fəridə ilə qeyri-rəsmi yaşamağa başlayıb. Hər ikisinin razılığı ilə yaxınlıqda mənzil kirayələyərək orda yaşamaqa başlasalar da, bir müddət sonra Fəridə bibisinin yalnız qaldığını əsas gətirərək mövcüd vəziyyətə etirazını bildib. Tərəflər arasındakı ilk gərginlik məhz bundan sonra başlayıb.

“Növbəti mübahisə zamanı o, bir neçə əşyasında götürərək bibisigilə gedəcəyini deyib evdən çıxdı. Əvvəl telefon zənglərimə cavab verməsə də bir müddət sonra aramızdakı soyuqluq qisməndə olsa azalmışdı”.

Vilayət ifadəsində onu da bildirib ki, o, bu müddət ərzində Təranə ilə bir neçə dəfə barışmağa cəhd etsə də qarşı tərəf bibisi Larisanın buna imkan vermədiyini deyib. Onların ayrı yaşadığı müddətdə Fəridənin müəyyən davranışları Vilayətdə ciddi şübhələr yaratmağa başlayır. Fəridəyə növbəti dəfə zəng etməsi isə ortada olan şübhələri bir daha təsdiqləyib.

“Mobil telefonumdan onların mənzil telefonuna zən etdim. Fəridə telefonu qaldırıb məşqul oduğu üçün danışa bilmədiyini dedi. Amma telefondan eşitdiyim səslərdən bildim ki, onun yanında yad kişi var. Bunu ondan soruşanda yanındakı şəxs telefonun dəstəyini ondan alıb məni təhqir etməyə başladı və həqiqətən də hazırda yoldaşımla cinsi əlaqədə olduğunu dedi”

Əlində benzin dolu qabla görüşə yollandı

Məlum telefon danışığından iki gün sonra Vilayət yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən plastik qabda benzin alaraq Fəridə ilə bibisinn yaşadığı evə yollanıb. Mənzilin girişində ilk olaraq onu Larisa İmanova qarşılayıb və onu söyməyə başlayıb. Aralarındakı mübahisə zamanı əlindəki benzin dolu qab Larisanın üzərinə dağılır. Vilayət ifadəsində daha sonra bildirib:

“Mənim Larisanı öldürmək fikrim olmayıb. Mənzilə girərkən ağzımda siqaret var idi. Benzin onun üzərinə dağılmışdı. O isə bunun fərqinə varmadan əlindəki əsa ilə ağzıma vurdu və siqaret yerə düşdü. Bu zaman o, alışaraq yanmaqa başladı”

Larisanın bədənindəki bıçaq xəsarətinə gəlincə isə Vilayət Atayev bildirib ki, bu, mübahisə zamanı baş verib və bilmədən qadına xəsarət yetirib.

Fəridə bibisinin alovlandığını görüb ona yardım etməyə çalışsa da alov onu da bürüyüb. Vilayət isə öz növbəsində bu zaman Fəridəyə bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. İntəhası, uzağa gedə bilməyib. Hadisə yerindən bir qədər aralıda yolu keçərkən onu sərnişin avtobusu vurur. Yaxınlıqdakı insanların köməkliyi ilə Vilayət Atayev 1 saylı şəhər klinik xəstəxanasına çatdırılır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət işinin məhkəmə istintaqı yekunlaşaraq təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb. Vilayət Atayev özünü qismən təqsirli bilsə də o, ömürlük azadlıqdan məhrum edilib.

Füzuli Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm