Hadisə
Təcridxanadakı qardaşına narkotik maddə ötürərkən yaxalandı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Publika.az-a Penitensiar Xidmətdən bildirilib ki, Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə ümumi çəkisi 2,522 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,766 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Füzuli Həsənli

-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:37
Prezident seçkiləri ilə bağlı MSK-da iclas olacaq
-
Sosial12:07
Qənirə Paşayevanın yerinə o seçildi
-
Avropa11:35
Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi
-
Dünya11:05
Yunan nazir Ərdoğana belə təzim etdi - VİDEO/FOTO
-
Hadisə10:25
“Nar Çiçəyim”də dava: Kişini şüşə ilə...
-
Magazin109:48
Sərxan xəstəxanaya yerləşdirildi - Virusa yoluxub
-
Region09:12
Paşinyan tərəfdarlarını topladı: Nəyi müzakirə ediblər?