Hadisə
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb:
"Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib".
Məlumatda həmçinin deyilir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.

-
Nida Xəbər 16:40
Ordumuzun 473 hərbçisinə mənzil verildi
-
Sosial16:05
Prezident seçkiləri ilə bağlı MSK-da iclas keçirilir
-
Dünya15:38
Putin açıqladı: Martın 17-də keçiriləcək seçkilərdə...
-
Region15:08
Rusiyanın kabusu Cənubi Qafqazda - sərhədlərimizdə nə baş verir?
-
Sosial14:15
AZAL-ın təyyarəsi İrəvana uçacaq
-
Rəsmi xronika13:38
İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:15
Zəlzələdən sonra Səngəçalda SİRLİ QALA üzə çıxdı - ŞOK VİDEO
-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ