İtkin düşən kişinin meyiti avtomobilin yük yerində tapıldı
Bizi izləyin

Hadisə

İtkin düşən kişinin meyiti avtomobilin yük yerində tapıldı

Nijni Novqorod yaxınlığında yoldan keçənlər avtomobilin yük yerində cəsəd tapıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nijni Novqorod vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Avqustun 8-də hüquq-mühafizə orqanlarına müraciət edən şəxs Çkalovsk şəhərində insan meyitinin olduğu sahibsiz avtomobil gördüyünü deyib. Məlumat əsasında hadisə yerinə yollanan polis sözügedən avtomobili ərazidəki müalicə müəssisəsinin yaxınığında aşkar edib.

Bu barədə məlumat verən şəxs onu da bildirib ki, avtomobilin arxa oturacaqının arasından çıxan insan əli onun diqqətini çəkib və bu barədə məlumat verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin yük yürində 1987-ci il təvəllüdlü bir şəxsin meyitini aşkar ediblər. Onun şəxsiyyəti müəyyən edilib. Polisə ifadə verən mərhumun həyat yoldaşı bildirib ki, əri sonuncu dəfə avqustun 6-da axşam saatlarında evdən çıxıb.

İstintaq sirri olduğundan hadisənin təfərrüatları açıqlanmır

Ölümün səbəbi ekspertlər tərəfindən araşdırılır.

Füzuli Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm