Hadisə
DYP əməkdaşlarına zorakılıq edənlər həbs olundu
Xızıda sürücü və dostu polislərə müqavimət göstərib.
Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 10-u saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən tarixdə Xızı-Giləzi avtomobil yolunda hərəkətdə olan “VAZ-21093” markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı Dövlət Yol Polisi bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!