Yevlaxda avtomobil qəzası: ölən və xəsarət alan var
Bizi izləyin

Hadisə

Yevlaxda avtomobil qəzası: ölən və xəsarət alan var

Yevlax şəhərində avtomobillər toqquşub, ölən və xəsarət alan var.

Publika.az xəbər verir ki, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm