Hadisə
“Eldar Həsənovun məhkəməsi oktyabra qaldı” – Vəkili açıqladı
“Avqustun 18-də Eldar Həsənovun işindən maraqlı şəxslərin verdiyi şikayət üzrə, yəni əmlaklarına qanunsuz həbs qoyulmuş şəxslər tərəfindən verilmiş şikayətə baxıldı. Bu proses 20 oktyabr saat 11:05-ə təxirə salındı. E. Həsənovun öz cəzası ilə bağlı şikayətə baxılmayıb və bu proses hələ ki, təyin olunmayıb”.
Bunu Publika.az-a açıqlamasında həbsdə olan sabiq səfir Eldar Həsənovun vəkili Valeh Mehralıyev deyib.
V.Mehralıyev E.Həsənovun səhhətinin ağırlaşdığını bildirib:
“Eldar Həsənov bir neçə xəstəlikdən əziyyət çəkir. O, həbs edilmədən öncə ikinci tip şəkərli diabet olsa da, həbs müddətində artıq xəstəliyi birinci tipə çevrilib. Ona insulin inyeksiyası vurulur. Eyni zamanda başgicəllənmələri, yıxılmaları davam edir. Paroksizmal vertiqo xəstəliyindən əziyyət çəkir və bu, onu çox narahat edir. Ayağında şişlər olduğu üçün yerimə məhdudiyyəti var, çətinliklə yeriyir, vəkillərlə görüşə belə kömək olmadan gələ bilmir. Səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb idarəsindəki həkimlərin normal müdaxiləsi təmin olunmadığı üçün müayinə və müalicəsi bir qədər məhdudiyyətlədir. Bu da Eldar Həsənovun səhhətinə pis təsir göstərir”, - vəkil qeyd edib.
Xatırladaq ki, 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Eldar Həsənovun Bakıda tutulduğunu açıqlayıb. Avqustun 14-də Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, avqustun 17-də Prezident İlham Əliyev Eldar Həsənovu Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. E. Həsənov hazırda Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanır. Hazırda iş Ali Məhkəmədə, hakimlər İlkin Rəcəbov, Şahin Yusifov və Nazim Mövsümovun icraatındadır.
Akqabay Mıradov
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama

















.jpg)


















