Hadisə
Qubada 500 hektar meşə zolağı yandı - Yanğın lokallaşdırıldı - YENİLƏNDİ
Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.
Publika.az xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.
O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:
"Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.
Qeyd edək ki, Quba rayonunda yanğınlar bir neçə meşəni əhatə edib.
(Report)
xxx
13:00
"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".
Publika.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:
"Yanğının söndürülməsi işləri davam etdirilir".
E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.
(Report)
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video


















.png)












