Rusiyada meşə yanğınları: 26 region təhlükə altındadır
Bizi izləyin

Hadisə

Rusiyada meşə yanğınları: 26 region təhlükə altındadır

Rusiyada meşə yanğınları davam edir.

Publika.az xəbər verir ki, meşələrin yanğından mühafizəsi ilə məşğul olan “Avialesooxrana” müəssisəsinin məlumatına görə, Rusiyanın 26 regionunda yanğınla mübarizə davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi qalmaqdadır.

Müəssisənin mütəxəssisləri yanğınların, ilk növbədə, insan faktoru ilə bağlı olduğunu qeyd edirlər.

Ryazan vilayətində də meşə yanğınları davam edir. Vilayətə səfər edən Moskva meri Sergey Sobyanin vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ryazanda alovla mübarizəyə 8 mindən çox adam cəlb olunub.

Qeyd edək ki, Ryazan vilayəti ilə Moskva arasında məsafə 200 kilometr artıq olsa da, meşə yanğınlarından əmələ gələn tüstü və yanıq qoxusu Rusiya paytaxtında da hiss olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm