Hadisə
İntihar edən həkimin ailəsi danışdı - Hədə-qorxuya görə...
Lənkəranda intihar edən stomatoloq, 1989-cu il təvəllüdlü Bağırov Müşfiq Zaman oğlunun ailəsi onun ölümü və istintaqla bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, mərhumun ailəsi onun hədə-qorxu səbəbindən həyatına qəsd etdiyini bildirib:
“Hazırda faktla bağlı istintaq tədbirləri getdiyinə görə bəzi məsələləri tam açıqlaya bilmirik. Amma bir şeyi deyə bilərik ki, Müşfiqin boynuna külli miqdarda pul vəsaitini verməsini qoymaqla ona təzyiq edilib. Bu məcburiyyət qarşısında qalan Müşfiq validenlərinə, yaxınlarına başına gələnləri bildirmək istəməyib və intihar edərək həyatına son qoyub. Bununla bağlı kifayət qədər dəlil-sübutlar da var. Həmin sübutlar, yazışmalar, Müşfiqin istifadəsində olan mobil telefonu prokurorluq əməkdaşları tərəfindən araşdırılması üçün götürülüb. Hadisə baş verdikdən dərhal sonra Müşfiqin çiyələk biznesi ilə məşğul olması və bununla bağlı intihar edə biləcəyi barədə məlumatlar yayıldı. Bildirmək istəyirik ki, bu barədə deyilənlər məsuliyyətdən yayınmaq istəyən şəxslər tərəfindən ortaya atılan şayiələrdir. Müşfiq avtomobil biznesi ilə məşğul olub və stomatoloq kimi fəaliyyət göstərib. Onun atası və qardaşı da stomatoloqdur.
Biz Lənkəran prokurorluğundan, Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, bu məsələ tam araşdırılsın, Müşfiqi intihara vadar edən şəxslər məsuliyyətə cəlb edilsin”.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam edir.
(Qafqazinfo)
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?



















.png)












