Zorakılığa məruz qalan qızın kəndində qarşıdurma - Polis müdaxilə etdi
Bizi izləyin

Hadisə

Zorakılığa məruz qalan qızın kəndində qarşıdurma - Polis müdaxilə etdi

Avqustun 25-də Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza təcavüz edilməsi və görüntülərinin yayılmasından sonra kənddə gərginlik davam edir.

Publika.az xəbər verir ki, ötən gün kənd sakinləri məktəbli qıza təcavüz etdiyi bildirilən oğlanlardan birinin atasına məxsus marketə hücum edib. Mağazanın pəncərələrini və qapısını sındıran sakinlər həmin 4 oğlanın və ailələrinin kəndi tərk etməsini tələb ediblər. İnsidentdən dərhal sonra kəndə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hazırda insidentlə bağlı Bərdə RPŞ-də cinayət işi açılıb.

Məlum hadisədən dərhal sonra Bərdə Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi, həmçinin rayonun Ağsaqqallar Şurasını sədri Kətəlparaq kəndində qızın ailəsi ilə görüşüb.

Xatırladaq ki, artıq yeniyetmə qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib onun videosunu çəkib yayan 4 nəfər müəyyən edilərək saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm