Bir-birini bıçaqladı, qadının gözü çıxdı - Bakıda ŞOK HADİSƏ
Bizi izləyin

Hadisə

Bir-birini bıçaqladı, qadının gözü çıxdı - Bakıda ŞOK HADİSƏ

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb.

Publika.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Qurban adlı şəxs Maştağa qəsəbəsində evinə qonaq getdiyi Özbəkistan vətəndaşı olan qadınla mübahisə edib. Nəticədə qadınla kişi bir-birinə bıçaq zərbələri endiriblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Qadının ayaq, qarın, boyun və üz nahiyəsində bıçaq zərbələri aşkarlanıb. Bıçaq zərbələrindən biri qadının göz nahiyəsinə dəyib və onun gözü çıxıb.

Digər, 55 yaşlı kişi isə əl və üz nahiyəsindən bıçaq yaraları alıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm