Hadisə
Elçin Sadıqovun məhkəməsi təxirə düşdü
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra Elçin Sadıqov danışıb.
Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.
Məhkəmədə Elçin Sadıqov aclıq aksiyasına başladığını elan edib. Növbəti proses sentyabrın 17-də davam edəcək.
Qeyd edək ki, Elçin Sadıqov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elçin Sadıqovun barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edib. O, 2022-ci ilin avqust ayında onun müdafiəçisi, Vəkillər Kollgiyasının üzvü Elçin Sadıqovun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Həm Əvəz Zeynallı, həm də Elçin Sadıqov itithamları qəbul etmir.
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video




















.png)












