Bir ailənin 5 üzvü qəzaya düşdü
Bizi izləyin

Hadisə

Bir ailənin 5 üzvü qəzaya düşdü

Şəmkir rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, təmir aparılan yol ilə hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq yola tökülən çınqıl topasına çırpılması nəticəsində bir ailənin 5 üzvü, sürücü Nəriman Abbasov, Ruqiyyə Abbasova (1997), Xuraman Abbasova (2000), Aytac Abbasova (2002) və Elmira Abbasova (2014) xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm