Salyanda avtomobil maneəyə çırpıldı, ölən var
Bizi izləyin

Hadisə

Salyanda avtomobil maneəyə çırpıldı, ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən Publika.az-a bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm