Qəzada yaralanan 15 nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qəzada yaralanan 15 nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə Publika.az-a TƏBİB-dən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

"Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

xxx

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxşın şəxs xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistiral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm