Direktorun müəllimi döyməsi ilə bağlı iş prokurorluğa verildi
Bizi izləyin

Hadisə

Direktorun müəllimi döyməsi ilə bağlı iş prokurorluğa verildi

Goranboy rayonu Kələk kənd tam orta məktəbin direktoru Cahangir Əlabbasovun məktəbin ibtidai sinif müəlliməsi Fatma Musayevanı döyməsi ilə bağlı polis şöbəsinə daxil olan müraciət araşdırılmaq üçün prokurorluğa göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. O qeyd edib ki, məsələ ilə bağlı iş Goranboy rayon Prokurorluğuna verilib. Hazırda faktla bağlı araşdırmalar prokurorluqda davam etdirilir.

Xatırladaq ki, sentyabrın 22-də səhər saatlarında Goranboy rayonunun Kələk kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Fatma Musayeva rayon polis şöbəsinə müraciət edərək məktəbin direktoru Cahangir Əlabbasov tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm