Hadisə
Qardaş bacısını öldürdü

Abşeron rayonunda Xalidə Əsədova qətlə yetirilib, qardaşı saxlanılıb.
Bu barədə Publika.az-a rayon prokurroluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 25-i saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

-
Nida Xəbər 01:05
Leyla Əliyevadan təbrik paylaşımı: oğullarına təşəkkür etdi - FOTO
-
Hadisə01:00
Sumqayıtda XAOS: Taksilər avtobusların hərəkətinə mane olurlar - VİDEO
-
Magazin100:33
Mehin Hümbətova tamamilə dəyişdi - VİDEO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: Gəlirli gün olacaq
-
Dünya1 Dekabr 23:59
Dövlət rəsmisi “uydurma ölkə" ilə müqavilə imzaladı - ara qarışdı
-
Hadisə1 Dekabr 23:14
Bakıda ödəmə terminallarına qənim kəsilən şəxsdən xəbər var - FOTO
-
Hadisə1 Dekabr 23:08
Bakıda məktəbli qız döyüldü - TƏFƏRRÜAT / AÇIQLAMA – FOTO
-
Sosial1 Dekabr 22:49
300 dollarlıq gömrük limiti endirilir? - VİDEO