Əvəz Zeynallının şikayəti yenə təmin edilmədi
Bizi izləyin

Hadisə

Əvəz Zeynallının şikayəti yenə təmin edilmədi

Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallıın ev dustaqlığına buraxılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayətə baxılıb.

Publika.az xəbər verir ki, “Xural TV”nin rəhbərinin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb. Daha sonra onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin bu dəfə də vəsatət təmin edilməyib.

Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm