Hadisə
Bakıda hava limanında əməliyyat - 3 nəfər tutuldu

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, hava limanında 3 Şri-Lanka vətəndaşı saxlanılıb. Məlum olub ki, onlar həmyerliləri, 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, sentyabrın 21-də gecə saat 23 radələrində Şri-Lanka vətəndaşları-1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige D.Pathiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.
26 yaşlı Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
(Qafqazinfo)

-
Nida Xəbər 01:05
Leyla Əliyevadan təbrik paylaşımı: oğullarına təşəkkür etdi - FOTO
-
Hadisə01:00
Sumqayıtda XAOS: Taksilər avtobusların hərəkətinə mane olurlar - VİDEO
-
Magazin100:33
Mehin Hümbətova tamamilə dəyişdi - VİDEO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: Gəlirli gün olacaq
-
Dünya1 Dekabr 23:59
Dövlət rəsmisi “uydurma ölkə" ilə müqavilə imzaladı - ara qarışdı
-
Hadisə1 Dekabr 23:14
Bakıda ödəmə terminallarına qənim kəsilən şəxsdən xəbər var - FOTO
-
Hadisə1 Dekabr 23:08
Bakıda məktəbli qız döyüldü - TƏFƏRRÜAT / AÇIQLAMA – FOTO
-
Sosial1 Dekabr 22:49
300 dollarlıq gömrük limiti endirilir? - VİDEO