Azərbaycanda baş həkim intihara cəhd etdi
Bizi izləyin

Hadisə

Azərbaycanda baş həkim intihara cəhd etdi

Masallı rayon vərəm dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatlarda M.Nəbiyevin sələmçilər tərəfindən şantaj edildiyi, ondan külli miqdarda faiz tələb edildiyi və bu səbəbdən həyatına qəsd etdiyi bildirilib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Qafqazinfo-ya bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm