Bakının mərkəzindəki məşhur restoranda ölüm
Bizi izləyin

Hadisə

Bakının mərkəzindəki məşhur restoranda ölüm

Bakının mərkəzində - “Tarqovıy” adlanan ərazidə yerləşən “Dolma” restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib. Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm