Bayrağımıza hörmətsizlik edən şəxs tapıldı - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bayrağımıza hörmətsizlik edən şəxs tapıldı - VİDEO/YENİLƏNDİ

Bayrağı masanın üstünə atan şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

O bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

xxx

11:35

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı edilən mağazaya daxil olaraq kiminləsə mübahisə etdiyi görünür.

Mübahisədən sonra obyektin pəncərəsində asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm