Qazaxda iki avtomobil toqquşdu: xəsarət alan var
Bizi izləyin

Hadisə

Qazaxda iki avtomobil toqquşdu: xəsarət alan var

Qazax rayonunun Xanlıqlar kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az "report"a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, “Mercedes” və “UAZ” markalı iki minik avtomobili toqquşub, avtomobildə 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm