Hadisə
DİN-dən Füzulidə minaya düşənlərlə bağlı AÇIQLAMA

Füzulidə minaya düşənlər nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı yaydığı açıqlamasında qeyd olunub.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir.
Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.
Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

-
Magazin120:00
“Azərbaycanda belə hadisələr olmazdı”
-
Magazin118:48
Zaur və xanımı ölkədən gedir? - ÖZÜ DANIŞDI
-
MDB18:24
Kabab bişirənlərə XƏBƏRDARLIQ - 15 min rubl cərimə gözləyir
-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR