Tərtərdə minaya düşənlərin son durumu AÇIQLANDI - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Tərtərdə minaya düşənlərin son durumu AÇIQLANDI - YENİLƏNDİ

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bu barədə Publika.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

xxx

13:25

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

xxx

12:58

Oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, ayaqları amputasiya edilib.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

xxx

Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında 2 nəfər minaya düşüb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, minaya düşən şəxslər rayonun Səhlabad kənd sakinləridir.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm