Hadisə
Sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir

Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elxan Nuriyevin hansı cinayətlərə görə ittiham olunduğu məlum olub.
Publika.az xəbər verir ki, sabiq başçıya 5 nəfərin qətlə yetirilməsi, 1 nəfərə qarşı ölümə qəsddə, eləcə də vəzifə səlahiyyətlərini aşması ilə bağlı itiham irəli sürülüb.
İttihama aktına görə, o, icra başçısı işləyərkən rəhbəri olduğu “Qaranquş” dəstəsinin üzvlərilə birgə Qubadlı şəhərinin işğalında xəyanətin olduğunu iddia edərək, rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirib.
Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. Həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.
Qeyd edək ki, məlum qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum olunub.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə