AXCP Bərdə rayon şöbəsi sədrinin qətli ilə bağlı iş - Məhkəmədə
Bizi izləyin

Hadisə

AXCP Bərdə rayon şöbəsi sədrinin qətli ilə bağlı iş - Məhkəmədə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bərdə rayon şöbəsi sədrini münaqişə zəminində qətlə yetirməkdə təqsirləndirilən Xazər Məmmədov barəsində ibtidai istintaq başa çatıb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, bu il iyunun 26-da saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Xəzər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm