Hadisə
“Məni aldadıb 600 min dollar alıblar” - Tanınmış şirkətin sahibi

Sumqayıt şəhərində fəaliyyət göstərən “AzMET” QSC-nin səhmdarı Seymur Bəhrəmli dələduzluqla üzləşdiyini bildirib.
Publika.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən iş adamı rəhbərlik etdiyi QSC-nin fəaliyyəti üçün icarəyə götürdüyü ərazinin mülkiyyətçilərinin onu aldadaraq xüsusilə külli miqdarda vəsaitini və böyük miqdarda metal qırıntılarını ələ keçirdiyini bildirib. O iddia edib ki, 2020-ci ilin 30 noyabrından bu ilin sentyabr ayınadək Çingiz Davudov və Mirhafiz Seyidov tərəfindən aldadılaraq 600 min dollar vəsaiti və metal qırıntıları mənimsənilib.
Seymur Bəhrəmlinin müraciəti ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bu ilin may ayında QSC-yə məxsus zavodda partlayış zamanı bir nəfər ölüb. Bundan başqa şirkət Sumqayıtda havanın çirkıləndirilməsi ilə bağlı tez-tez gündəmə gəlib.
(Qafqazinfo)

-
Rəsmi xronika12:02
İlham Əliyev Ursula fon der Lyayen ilə görüşdü
-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO