Vətəndaş magistral yolda döngələri sökdü - VİDEO
Bizi izləyin

Hadisə

Vətəndaş magistral yolda döngələri sökdü - VİDEO

Bu gün sosial şəbəkələrdə vətəndaşın magistral yolda döngələri sökməsi ilə bağlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hər hansı vətəndaş özbaşına olaraq magistral yolda döngə, keçid aça bilməz:

“Aydınlaşdırılması üçün bu məsələni aiddiyyəti üzrə şöbəyə yönləndirəcəm. Müvafiq tədbirlər görüləcək. Təəssüflər olsun ki, həmin magistral yolda təhlükəsizlik çəpərlərinin də sökülməsi hallarına rast gəlirik. Vətəndaşlar satmaq məqsədilə, yaxud müxtəlif səbəblərdən həmin çəpərləri sökürlər. Yaxud mal-qaranın yolun mühafizə zolağına yönləndirilməsi üçün əməkdaşlarımız qabaqlayıcı tədbirlər görüllər. Artıq bu məsələ də nəzarətə götürüldü”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm