Hadisə
Dəhşətli qəzada ölən filial müdirləri YAP-ın tədbirinə gedirmiş - FOTO

Mingəçevirdə yol qəzasında vəfat edən Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri Şamaxı Məmmədova və Xədicə Sultanova həmin vaxt tədbirə gedirmiş.
Publika.az xəbər verir ki, oktyabrın 15-də saat 10 radələrində İ.İslamzadə küçəsində yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısındakı hadisədə həlak olan qadınlar həmin mərkəzdə YAP-ın 30 illiyi ilə bağlı keçirilən mini-futbol turnirinin açılışına qatılacaqmış. Onlar tədbirin keçiriləcəyi məkana yaxınlaşdıqda Mingəçevir sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşub.
Bu zaman “KİA Sorento” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında gedən qadınları vurub. Nəticədə 1966-cı il təvəllüdlü Xədicə Sultanova və 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova ağır xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılsa da, vəfat ediblər.
Qeyd edək ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılıb.
(Qafqazinfo)





-
Magazin118:48
Zaur və xanımı ölkədən gedir? - ÖZÜ DANIŞDI
-
MDB18:24
Kabab bişirənlərə XƏBƏRDARLIQ - 15 min rubl cərimə gözləyir
-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR
-
Ekologiya13:15
Sabah hava yağmursuz keçəcək