Hadisə
Sabirabad İcra Hakimiyyətinin vəzifəli şəxslərinin işi MƏHKƏMƏDƏ

Sabirabad rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Müşviq Qasımov və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.
Hər iki şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onlar Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə veriblər.
Bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət alıblar.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Sabirabad rayon İcra Hakimiyyəti zərərçəkmiş qismində tanınıb.

-
Sosial17:02
Dövlət Gömrük Komitəsindən blogerə rəsmi - CAVAB
-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq